Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:48

İsrail 3 günlük atəşkəs elan edib [Video]


İsrail və Həmas 72 saatlıq atəşkəsə razılaşıb
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

İsrail və Həmas 72 saatlıq atəşkəsə razılaşıb

-

İsrail quru qoşunlarını Qəzzadan çəkib və Bakı vaxtilə saat 10-dan atəşkəs elan edib.

İsrailli zabit Peter Lerner deyib ki, onlar fələstinli yaraqlıların sərhəddə tikdiyi 32 yeraltı tuneli dağıdıblar. İsrail bu tunellər vasitəsilə ərazisinə hücum olunduğunu deyirdi.

Avqustun 4-də Misirin vasitəçiliyi ilə 3 günlük atəşkəs barədə razılaşma əldə olunub. Ümid edilir ki, Fələstin yaraqlıları və İsrail arasında dayanıqlı sülh razılaşması imzalansın.

İsrail deyib ki, davamlı atəşkəs barədə danışıqlar aparmaq üçün nümayəndə heyətini Qahirəyə göndərəcək.

Bir aydır ki, İsrail Qəzzada hərbi əməliyyatlar aparır. Döyüşlərdə 1850-dən çox fələstinli həlak olub. Onların çoxu mülki vətəndaşlar idi. İsrail isə 64 hərbçisini, 3 dinc sakinini itirib.

XS
SM
MD
LG