Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:05

İsrail 7 saatlıq humanitar atəşkəs elan edib


İsrail Qəzzanın əksər hissəsində 7 saatlıq humanitar atəşkəs elan edib. İsrail ordusunun məlumatına görə, atəşkəs Bakı vaxtı ilə saat 12-də başlayacaq. Ancaq xəbərdarlıq ediblər ki, qarşı tərəfin istənilən hücumu cavabsız qalmayacaq.

İsrail bildirir ki, atəşkəs Qəzzanın Rəfah şəhərinə şamil edilmir, bu ərazidə İsrail hərbi əməliyyatlarını davam edir.

İsrail və Həmas yaraqlıları arasında 27 gündür davam edən döyüşlərdə 1770 fələstinli ölüb, ölənlərin əksəriyyəti dinc sakinlərdir. 64 İsrail əsgəri və 3 dinc sakin də qarşı tərəfin itkiləridir.

Avqustun 3-də Vaşinqton bildirib ki, Qəzzada BMT məktəbinə hücum xəbərindən dəhşətə gəlib və İsraili «öz standartlarına uyğun hərəkət etməyə və dinc əhalinin tələfatından çəkinmə»yə çağırıb.

XS
SM
MD
LG