Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 05:27

Ruslan Nəsirli məhkəməyə aparılıb

Ruslan Nəsirli
Ruslan Nəsirli

-

«Ruslan Nəsirli vətəndaşın konkret ittihamı əsasında saxlanıb. O, toplanan materiallarla birlikdə məhkəməyə göndərilib».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP fəalı Ruslan Nəsirlinin saxlanması ilə bağlı məlumata bu cür münasibət bildirib.

Onun AzadlıqRadiosuna bildirdiyinə görə, Ruslan Nəsirli xırda xuliqanlıqda ittiham olunur:

«Hal şahidlərinin də izahatları alınıb. Xırda xuliqanlıqda ittiham olunur. Üstəlik, polisə müqavimət göstərdiyinə görə də ittiham olunur. Hər ikisi inzibati pozuntudur. Məhkəmə qərar çıxaracaq».

Ruslan Nəsirli avqustun 2-də AzadlıqRadiosuna bildirmişdi ki, «facebook»da yaratdığı dəvətə görə atası Şamil Nəsirovu polis saxlayıb. Bundan sonra Ruslan Nəsirlini də polislərin saxladığı haqqında məlumatlar yayılmışdı. Onu harada saxlandığı haqqında məlumat verilmirdi.

This item is part of
XS
SM
MD
LG