Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:14

Qəzzada ölənlərin sayı 1300-ü keçib


Qəzza
Qəzza

İsrailin endirdiyi hərbi zərbələr nəticəsində Qəzzada, Cəbaliyədə qaçqınların yerləşdiyi BMT məktəbində 15 nəfər həlak olub, yüzdən çox adam yaralanıb.

Qəzzanın şərq hissəsində bazarın raket atəşinə tutulması nəticəsində 17 nəfərin öldüyü, 200 nəfərin yaralandığı bildirilir.

BMT və ABŞ mülki fələstinlilərin öldürülməsini kəskin pisləyib. İsrail hərbçiləri bildiriblər ki, onlar məktəbdən açılan minomyot atəşinə cavab olaraq zərbə endiriblər.

İyulun 30-da İsrail Qəzza sektorunda 3 əsgərinin həlak olduğunu bildirib. Qəzza sektoruna nəzarət edən Fələstinin Həmas qruplaşması atəşkəs razılaşmasından imtina edib.

İyulun 8-dən başlayan qarşıdurmada həlak olan fələstinlilərin sayı 1300-ü keçib. İsrail 56 əsgəri, 3 mülki vətəndaşını itirib.

XS
SM
MD
LG