Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 18:35

Bağdad İraq Kürdüstanından daşınan nefti Texas məhkəməsinə verib

İraq Texas məhkəməsində İraq Kürdüstanından neft daşınması əleyhinə iddia qaldırıb.

1 milyon barrel neftlə dolu tanker Texasa iyulun 26-da gəlib. Qiyməti 100 milyon dollar olan bu neft hələ də boşaldılmır. İraq müraciət edib ki, həmin neft müsadirə olunsun.

İraq Kürdüstan regionundan neft satışını neft qaçaqmalçılığı hesab edir. ABŞ-ın Dövlət departamenti də bildirir ki, İraq Kürdüstanından müstəqil neft satışı İraqın parçalanmasına apara bilər.

İraq həmçinin İraq Kürdüstanından Türkiyəyə yeni kəmər çəkilişinə çalışır.

This item is part of
XS
SM
MD
LG