Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:01

Şamaxı Astrofizika Rəsədxanası: «Ayı iyulun 29-da görə biləcəyik»


Şamaxı Astrofizika Rəsədxanası

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yeni ayın təzələndiyini açıqlayıb.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, yeni ay öncədən bildirildiyi kimi iyulun 26-dan 27-nə keçən gecə saat 03:43-də təzələnib.

Onun sözlərinə görə, ay təzələnərkən Günəş xəttində olduğu üçün onu görmək mümkün deyil:

«Ay yerini 2-3 gün ərzində dəyişir. Bu o deməkdir ki, yerini dəyişdikdən sonra iyulun 27-nə təzələnən ayı iyulun 29-da görmək mümkün olacaq».

X. Mikayılov qeyd edib ki, Şamaxı Astrofizika Rəsədxanası yalnız yeni ayın təzələndiyi vaxtı açıqlayır.

O həmçinin əlavə edib ki, Ramazan bayramının vaxtı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən açıqlanır və bu barədə ictimaiyyətə məlumat verilir.

Bu il ölkədə Ramazan bayramının iki gün – 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG