Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:59

Qurban Məmmədov 14 saylı həbsxanaya göndərilib


Qurban Məmmədov
Qurban Məmmədov

-

Hüquqşünas, Milli Şura üzvü Qurban Məmmədov Kürdəxanıdakı istintaq təcridxanasından 14 saylı həbsxanaya göndərilib.

Bu barədə AzadlıqRadiosuna onun ailəsindən məlumat veriblər.

Qurban Məmmədovun vəkili Süleyman Qasımov müdafiə etdiyi şəxsin 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsini qanunsuz sayır. Vəkil «Azadlıq» qəzetinə müsahibəsində Qurban Məmmədovun hansı niyyətlə 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsi səbəblərinin ona aydın olmadığını deyib:

«Bu onların subyektiv seçimidir. Ancaq qanunda göstərilir ki, məhkum olunmuş şəxs yaşadığı yerə yaxın olan müəssisədə cəza çəkməlidir. 14 saylı müəssisə isə şəhərdən kənarda yerləşir. Bu da müəyyən suallar doğurur».

Müdafiəçiləri hələ ki, onunla görüşə bilməyiblər. Vəkil Fəxrəddin Mehdiyevin dediyinə görə, görüş üçün Penitensiar Xidmətə məktubla müraciət ediblər və cavab gözləyirlər.

Ötən il həbs edilən Qurban Məmmədov «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma»da ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib.

Rəsmi ittihamda göstərilir ki, yol qəzası 2012-ci il sentyabrın 27-də Bakıda baş verib. Qurban Məmmədov yol qırağında saxladığı maşınını geriyə verərkən parketmə işini həyata keçirən Pərviz Abbasovun ayağı əzilib. Vəkil Xalid Bağırovun dediyinə görə, Pərviz Abbasova həmin vaxt ərazidə olan başqa maşın xəsarət yetirib.

Qurban Məmmədov həbsini siyasi motivli sayır.

XS
SM
MD
LG