Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:28

Avropa Birliyi Rusiya banklarını hədəfə alır


Avropa Birliyi ölkələrinin səfirləri Rusiyaya qarşı sanskiyalarda bankların fəaliyyətinə geniş məhdudiyyətlər qoya bilərlər.

Financial Times yazır ki, çox böyük ehtimalla qəbul olunacaq bu yeni sanskiyalarda Rusiya banklarına Avropa bazarlarında səhm satmaq qadağan oluna bilər.

Avropa Birliyinin bu sanskiyaları ABŞ sanskiyalarından qabağa getmiş olacaq.

ABŞ iyulun 16-da Rusiyanın iki bankına qarşı sanksiya qoyub, Avropa Birliyinin yeni sanskiyaları isə bütün Rusiya banklarını əhatə edəcək. Rusiyanın bu banklarında dövlətin payı 50 faizdir.

Qəzetin ehtimalına görə digər sanksiyalar hesabları dondurulan və viza qadağanı qoyulan fərdlərin siyahısının genişləndirilməsidir.

XS
SM
MD
LG