Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 23:29

«Girov götürülən azərbaycanlılar arasında Rusiya vətəndaşı yoxdur»


Vladimir Doroxin

Rusiya səfirliyi Kəlbəcərdə girov götürülən azərbaycanlılar arasında Rusiya vətəndaşının olmadığı haqda məlumat yayıb. Səfirliyin saytında verilən məlumata görə, səfir Vladimir Doroxinin Milli Məclisin sədr müavini Bahar Muradovaya yazdığı məktubda belə bildirilir:

«Rəsmi olaraq Sizə məlumat verirəm ki, Kəlbəcərdə baş vermiş insident zamanı tutulanlar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur».

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması barəsində məlumatlar yayılıb.

Bahar Muradova mətbuata müsahibəsində Rusiyanı öz vətəndaşının taleyinə biganə qaldığına görə tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG