Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:06

Çinin en bahalı filmində türk aktyor çəkilir


«Dragon Blade» filmi
«Dragon Blade» filmi

-

Jackie Chan, John CusackAdrien Brody-nin başrol oynadığı filmdə «Kroraina» xarakterini Emrah Yılmaz canlandırır

Çinin ən bahalı filmi «Dragon Blade» filmində türk aktyor çəkilir.

ÇİNİN ƏN BAHALI FİLMİ SAYILIR

«Hürriyet»in xəbərinə görə 65 milyon dollarlıq büdcə ilə çəkilən və «Çin kinosunun ən bahalı filmi» sayılan «Dragon Blade» filmində türk aktyor rol alır.

Filmin rejissoru, ssenaristi və prodüseri Daniel Lee-dir. Baş rollarda Jackie Chan, John Cusack ve Adrien Brody çəkilirlər. Türk aktyorun dəvət aldığı obraz da baş rollardan sayılır. Emrah Yılmaz Kösəm irqinin lideri Kroraina-nı canlandırır.

1200 NƏFƏR ARASINDAN SEÇİLİB

Şanxay Teatr Akademiyasının məzunu olan Emrah Yılmaz bu rola 1200 nəfərin arasından seçilib.

Filmə hazırlıq zamanı Daniel Lee ve Jackie Chan türk aktyorun performansını çox bəyəniblər.

Jackie Chan hətta Emrah Yılmaz-a Hong Kong-dakı kino məktəbində özünün aktyorluq dərslərinə pulsuz qatılmağı təklif edib.

6 aydır çəkilişləri davam edən film romalı əsgərlərin e.ə. 48-ci ildə Çinə girişindən bəhs edir.

AKTYOR FİLMDƏ TÜRKCƏ VƏ ÇİNCƏ DANIŞIR

Emrah Yılmaz filmdə türkcə və çincə danışır.

Aktyor savaş səhnələrinin çəkilişində çox çətinlik çəkdiyini bildirib: «Səhnələr o qədər gerçək çəkilir ki, bədənimdə göyərmələr var. Bir neçə dəfə qəzadan qurtardım. Amma möhtəşəm bir çəkiliş qrupu var və hər kəs gülərüzlüdür. Bunlar insanı qoruyub saxlayır»

Çəkilişləri 6 aydır davam edən «Dragon Blade» filminin 2015-ci ilin fevralında ekranlara çıxacağı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG