Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Noyabr, şənbə, Bakı vaxtı 18:35

Azərbaycanlı bəstəkar beynəlxalq müsabiqənin qalibi olub


Ayaz Qəmbərli

-

Gənc bəstəkar Ayaz Qəmbərli bəstəkarların 9-cu «Franz Schubert and Modern Music» Beynəlxalq Müsabiqəsinin qalibi olub.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Bu il müsabiqədə münsiflər heyəti (Robert Höldrich'in başçılığı altında Chia Chou, Beat Furrer, Gerd Kühr, Andreas Lindenbaum və Isabel Mundry) 51 ölkədən 185 əsərə baxış keçirib.

Nüfuzlu mükafatın təqdimetmə mərasimi 2015-ci ilin fevralında Graz Konservatoriyasında keçiriləcək.

Ayaz Qəmbərli 1984-cü ildə Bakıda doğulub.

Asəf Zeynallı adına Musiqi Texnikumunun piano bölməsində təhsil alıb.

Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində prof. Arif Məlikovun sinfində oxuyub.

2008-ci ildən bir çox beynəlxalq müsabiqələrə qatılıb.

2011-ci il gənc bəstəkar üçün uğurlu olub.

Ayaz Gənclər və İdman Nazirliyinin təsis etdiyi «Gənclər mükafatı»na və ABŞ-ın Boston şəhərində keçirilən bəstəkarların 29-cu «ALEA III» müasir musiqi müsabiqəsində I yerə layiq görülüb.

XS
SM
MD
LG