-
İyulun 12-də Qəzza Sahilində İsrail əsgərləri ilə Həmas arasında döyüş başlayıb. Bu, İsrailin hava fələstin ərazilərinə bombardmanlarından sonra il quru həmləsidir.
İsrail ordusu Qəzzanın şimalında raket buraxan qurğunu məhv edərkən 4 əsgərinin yüngül yaralandığını bildirir. Rəsmilər Qəzzanın şimalında İsrailə raket atılan bütün ünvanların dağıdılacağını bildirir.
İsrailin təyyarələrinin 6 gündür davam edən bombardmanlarında 149 nəfər həlak olub. Fələstin rəsmiləri onların çoxunun mülki şəxslər olduqlarını deyirlər. Dünən gecə bombardmanda bir ana və onun 3 yaşlı uşağı, 2 əlil qadın həlak olub.
BMT Təhlükəsizlik Şurası dərhal atəşkəsə çağırıb. Amma nə İsrail ordusu, nə də Həmasın nəzarətində olan Qəzzadan bu çağırışa reaksiya verən yoxdur.
Qəzzadan atılan raketlərdən isə İsraildə 8 nəfər xəsarət alıb. Həmçinin İsrail rəsmiləri paytaxt Təl-Əvivdəki beynəlxalq hava limanına raket hücumları təhlükəsi aldıqlarını deyirlər.
İsmayil Haniyehin bacısı oğlu da öldürülüb
6 gündür 1600 hədəfi vuran İsrail ordusu dünən Qəzzada Fələstinin keçmiş baş naziri İsmayil Haniyehin bacısının evi də vurub.
Aralarında Haniyehin bacısı oğlu Nadal Muhammed Ebu el-Meleshin də olduğu 6 fələstinli öldürülüb.
İsrail dünənki hərbi əməliyyatlarda xəstələrin bərpası mərkəzini və Qəzzada əməliyyat mərkəzi kimi istifadə edildiyini bildirdiyi məscidi də vurub.
Ordu Twitterdən “Həmas-ın raketlərinin anbarı və silahlıların toplanma yeri kimi istifadə olunan məscidi vurduq” yazıb.