Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:32

«Orxanın başqa günahı olsa, özüm cəzalandırmağa hazıram...»


Həbsdə olan NİDA-çı Orxan Eyyubzadə
Həbsdə olan NİDA-çı Orxan Eyyubzadə

-

Gözlə

No media source currently available

0:00 0:02:59 0:00
Direct-ə keçid

Həbsdə olan NİDA-çı Orxan Eyyubzadə iyulun 10-da saxlandığı Kürdəxanı təcridxanasında anası Rəhimə Eyyubzadə ilə görüşüb. AzadlıqRadiosu Rəhimə Eyybzadədən oğlunun indiki durumunu soruşub.

-Uzun müddətdir Orxanla görüşmürdünüz, necədir oğlunuzun durumu?

-Necə olacaq? Yataqdan qaldırıb gətirmişdilər. Yaxşı deyil, baş ağrıları var, xəstədir, böyrəklərində ciddi problemlər var. Polisdə döyüləndən sonra xəstəliyi ağırlaşıb. Dəfələrlə müraciət etsə də, həkim çağırmırlar. Saxlandığı kameradan da şikayətlənir. Deyir, 4 nəfərlik kameraya yeddi nəfər salıblar. Bir tərəfdən isti, bir tərəfdən hava çatmır, digər tərəfdən xəstəlik. Dediyinə görə, tez-tez gəlib kameranı yoxlayır, boş yerə incidir, əşyalarını yoxlayırlar. Digər kameralar aylarla yoxlanılmır. Bunu qəsdən edirlər ki, bezdirsinlər. Dedim ki, əhəmiyyət vermə. Görüşdə danışmağa imkan vermədilər. Əslində, görüşə 2 saat ayırmışdılar. Heç, 15 dəqiqə keçmədi, yenicə söhbətə başlamışdıq. Nəzarətçi gəlib dedi ki, vaxt bitdi. Heç bir izahat vermədən Orxanı kameraya apardılar. Dedilər, əmr belədir.

-Həbsdə olan bəzi NİDA-çılar onlara əfv üçün prezidentə müraciət yazmalarının təklif olunduğunu deyirlər. Onlardan bir neçəsi belə müraciət yazıb da. Orxana necə, belə təkliflər olurmu?

-Bəli, Orxana da təklif ediblər. Deyiblər ki, nə qədər istəsən pul da verərik, gəl, müraciət yaz, keç bizim tərəfə. O da soruşub ki, sizin tərəf nəyə deyirsiniz? Deyib ki, mən heç vaxt satılmaram. Sındırmaq üçün hər cür oyundan çıxırlar.

-Bir ana kimi Orxanın bu cür müraciət yazıb, azadlığa qovuşmasını istərdinizmi?

-Qətiyyən yox. Orxan hansı cinayət törədib ki, onu əfv etsinlər? Orxan demokratik uşaqdır, elə demokratiyaya görə həbs etdilər. Deyirlər, demokratik ölkədə yaşayırıq. Prezident həqiqətən demokratik dövlət yaradıbsa, nəyə görə demokratiyaya görə həbs edirlər? Orxanın başqa günahı olsa, özüm cəzalandırmağa hazıram. Yoxdur, axı... Özləri də deyir ki, onu NİDA-çıların məhkəməsinə getdiyinə görə həbs ediblər. Deyirlər, tutmuşuq ki, ağıllansın.

-Ailənizdə vəziyyət necədir? Sizinlə maraqlanırlar?

-Müsavatçı gənclər gəlir, baş çəkirlər. Onların bizə köməyə maddi imkanı yoxdur. Yalnız hüquqi yardım göstərirlər, vəkil tapırlar. Orxan xəstə olduğundan təcridxanada verilən yeməkləri yeyə bilmir. Hər həftə ona 200 manatlıq yemək göndəririk. Onun kamerasına qəsdən elə adamlar salıblar ki, yanına gələnlər olmasın. Hamısı Orxanın payına göz dikib. Orxan həbs olunandan sonra həyat yoldaşım da infarkt keçirib. Çox çətindir bizə.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG