Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 06:46

Siyasi məhbusların vahid siyahısı Avropa Şurası qurumlarına verilib


-

İyunun 24-də vətəndaş cəmiyyətinin nümayəndələri AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycanda siyasi məhbusların vahid siyahısını Avropa Şurası qurumlarına, beynəlxalq ictimaiyyətin nümayəndələrinə təqdim ediblər.

Siyahı siyasi məhbus anlayışının müəyyən edilməsi məqsədi ilə AŞPA-nın 3 oktyabr 2012-ci il tarixli 1900 saylı qətnaməsində əksini tapan meyarların əsasında hazırlanıb.

Siyahı beynəlxalq diqqətin siyasi məhbus probleminə yönəldilməsi məqsədilə açıqlanıb. Problemin həllinə nail olmaq üçün hökumətin insan hüquqları sahəsində beynəlxalq öhdəlikləri çərçivəsində ölkə QHT-ləri tərəflərlə müzakirələrə hazırdır.

Siyahı insan hüquqları, əsasən siyasi məhbuslar məsələsi ilə məşğul olan 11 QHT tərəfindən tərtib edilib.

Bu haqda Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin nümayəndəsi Rəsul Cəfərov bildirib.

Onların arasında Hüquqi Maarifləndirmə Cəmiyyəti, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Siyasi Azadlıqların Müdafiəsi Alyansı, Helsinki Vətəndaş Assembleyası Azərbaycan Milli Komitəsi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu, «Demokratik monitor», Media Hüququ İnstitutu, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi də var.

Dərhal və şərtsiz azadlığa buraxılması tələb olunan şəxslərin sırasında 29 nəfər, o cümlədən jurnalistlər və bloqqerlər Əbdül Əbilov, Sərdar Əlibəyli, Pərviz Həşimli, Ömər Məmmədov, Rauf Mirqədirov, Rəşad Ramazanov, Tofiq Yaqublu, Əvəz Zeynallı, həmçinin hüquq müdafiəçiləri Anar Məmmədli, Bəşir Süleymanlı, Qurban Məmmədov və Emil Məmmədov var.

Sonra gənc fəallar gəlir – NİDA hərəkatının 7 üzvü və Orxan Eyyubzadə, siyasətçilər İlqar Məmmədov, Nemət Pənahlı, Yadigar Sadıqov gəlir.

İctimai fəallar Tale Bağırzadə, XTPD işi üzrə ömürlük həbs olunmuş Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov da siyahıya daxildir.

52 siyasi məhbusun işinə yenidən baxılmalıdır. Onların arasında jurnalistlər Nicat Əliyev və Araz Quliyev də var.

Sonra müxtəlif dindar qrupları gəlir – Səid Dadaşbəylinin işi üzrə 10 nəfər, İslam Partiyası rəhbərliyinin işi üzrə 5 nəfər (lider Mövsüm Səmədov daxil olmaqla), 2012-ci il oktyabrın 5-də analoji aksiyada iştiraka görə 13 nəfər, 2012-ci ilin sentyabrında Masallıda həbs edilən 6 nəfər, teoloq Abgül Süleymanov.

Keçmiş məmurlar kateqoriyasına eks-nazirlər Əli İnsanov, Nicat Quliyev, prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyev, Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş əməkdaşı Asif Lətifov daxildir.

Bununla yanaşı bu kateqoriyaya İsmayıllı işi üzrə mühakimə edilən yerli fəal Vasif İbrahimov və yerli jurnalist Elçin İsmayıllının qardaşı Elşən İsmayıllı daxildir.

Bu siyahıda AXCP lideri Əli Kərimlinin qaynı Elnur Seyidov var.

Ötən gün AŞPA Bürosu Azərbaycanda siyasi məhbuslar məsələsinə baxılmasının AŞPA Hüquqi məsələlər və insan hüquqları komitəsinə verilməsi barədə qərar qəbul edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG