Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 12:20

Aktrisa Xanım Qafarova vəfat edib


Əməkdar artist Xanım Qafarova
Əməkdar artist Xanım Qafarova

-

Ağır xəstəlikdən əziyyət çəkən Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova iyulun 11-i günorta saatlarında vəfat edib. Bu barədə Lent.az-a mərhum aktrisanın bacısı oğlu məlumat verib.

«Bu sözləri demək mənim üçün çox çətindir. Xalam son günlərinə qədər həyatla mübarizə aparırdı. O, həyatı sevirdi. Yeganə övladına və anasına görə narahat idi. Elə ancaq onları, əsas da az yaşlı qızını düşünürdü. Yeganə arzusu sağalıb, ayaq üstə durmaq idi...».

Mərhum aktrisa 2009-cu ildən süd vəzi xərçəngindən əziyyət çəkirdi. O, iyulun 12-də müalicə olunmaq üçün İsrailə getməli idi. Onun müalicəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutmalı idi.

Bundan əvvəl aktrisa Türkiyədə müalicə almışdı.

1967-ci il mayın 9-da Bakıda anadan olan aktrisa «Şirbalanın məhəbbəti», «Kənddən gələn var», «Yuxu», «Adam ol» və «Qayanana» filmində çəkilib.

Prezident Mükafatçısı idi.

XS
SM
MD
LG