Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:40

Kəmalə Bənəniyarlının şikayəti təmin olunmayıb


AXCP üzvü Kəmalə Bənəniyarlı
AXCP üzvü Kəmalə Bənəniyarlı

İyulun 11-də Nəsimi Rayon Məhkəməsi AXCP üzvü Kəmalə Bənəniyarlının şikayətini təmin etməyib. Bu haqda AzadlıqRadiosuna Kəmalə Bənəniyarlının özü məlumat verib:

«Nəsimi Rayon Polis İdarəsində üzləşdiyim işgəncə faktları ilə bağlı rayon prokurorluğuna müraciət etmişdim. Faktlar təqdim etsəm də, müraciətim əsasında cinayət işi açılmasından imtina olunmuşdu. Prokurorluğun bu qərarından məhkəməyə müraciət etmişdik. Məhkəmə də bizim iddiamızı təmin etmədi».

Kəmalə Bənəniyarlı mayın 6-da NİDA fəallarına hökm oxunan gün keçirilən etiraz aksiyasında həbs olunmuşdu. Mayın 7-də Nəsimi Rayon Məhkəməsi ona 30 sutka həbs cəzası vermişdi.

Kəmalə Bənəniyarlı saxlanan gün Nəsimi rayon polis idarəsində ona işgəncə verildiyini deyirdi. Bununla bağlı onun vəkili Əsabəli Mustafayev Nəsimi Rayon Prokurorluğuna müraciət etmişdi. Daxili İşlər Nazirliyi işgəncə iddiasını təkzib edir.

Kəmalə Bənəniyarlı iyunun 5-də azadlığa çıxıb.

XS
SM
MD
LG