ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparıcı üzvləri Obama administrasiyasından Rusiyaya sanksiyaları soruşur. İyulun 9-da komitədə Ukraynaya dair dinləmədə bu məsələ qaldırılıb. Komitə sədri Robert Menendez, aparıcı üzvü Bob Corker soruşublar ki, niyə Obama administrasiyası Rusiyaya əlavə sanksiya qoymayıb.
Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Victoria Nuland deyib ki, administrasiya düşünür ki, sanksiyalar Avropanın iştirakıyla daha səmərəli ola bilər və hazırda daha çox sanksiya hazırlanır.
O, əlavə edib ki, Avropa liderləri iyulun 16-da toplaşır, bu tarixdən sonra daha çox addım atıla bilər.
Menendez təklif edir ki, qanunvericilər Rusiya ilə bağlı özləri də addım ata bilərlər.