Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Alim Qasımov caz festivalında!


Montreux Beynəlxalq caz festivalı
Montreux Beynəlxalq caz festivalı

-

İsveçrədə ənənəvi Montreux Beynəlxalq caz festivalı başlayıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, iyulun 6-da festival çərçivəsində Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun konserti təşkil edilib.

Artıq 48 dəfədir ki, dünyanın ən məşhur və virtuoz musiqiçilərini bir araya gətirən bu musiqi bayramında Azərbaycan yenə də müxtəlif tədbirlərdə təmsil olunur.

İyulun 19-dək davam edəcək festival günlərində gənc virtuoz ifaçı, 2009-cu il Beynəlxalq Montreux musiqi festivalının qalibi, əməkdar artist İsfar Sarabski, əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi «Rast» qrupunun məşhur saksofon ifaçısı Meseo Parkerlə birgə konsertləri və əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə «Natiq ritm» qrupunun çıxışları təşkil ediləcək.

Festivalda Natiq Şirinov nağara, Coşqun Sadıqov isə balaban üzrə ustad dərsləri keçirəcəklər.

Xəbərdə vurğulanır ki, artıq üç ildir ki, Dövlət Neft Şirkəti bu festivalın rəsmi tərəfdaşlarındandır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG