Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:31

Bildt Poroshenko ilə görüşüb


Petro Poroshenko və Carl Bildt
Petro Poroshenko və Carl Bildt

İsveçin xarici işlər naziri Carl Bildt Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüb, Kiyevin AB ilə assosiasiya sazişini yerinə yetirməsini müzakirə edib. İyulun 1-də Kiyevdə keçirilən görüşdən sonra Poroshenko deyib ki, Ukrayna iyulun 11-də AB, Ukrayna və Rusiya təmsilçiləri ilə görüşəcək, həmin sazişin iqtisadi aspektlərini müzakirə edəcək.

Poroshenko jurnalistlərə deyib: «Sazişin mahiyyəti barədə mövqeyimiz aydındır: o, müzakirə oluna bilməz. Ancaq onun mərhələlərini müzakirə edə bilərik».

Ukrayna Rusiyanın etirazlarına baxmayaraq, AB ilə martın 21-də assosiasiya sazişi, iyunun 27-də isə azad ticarət razılaşması imzalayıb.

Prezidentin ofisinin məlumatına görə, tərəflər Ukraynanın Avropaya inteqrasiyası, Donbasda durumun sabitləşdirilməsi üçün cəhdlərin koordinasiyasına razılaşıblar.

XS
SM
MD
LG