Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42

Şəkidə şirniyyat festivalı keçiriləcək


Şəki halvası

-

İyulun 20-də Dünya Şirniyyat Günü belə qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyi, Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası Şəki şəhər İcra Hakimiyyəti ilə birlikdə iyulun 20-də Şəkidə Beynəlxalq Milli Şirniyyat Festivalı keçirəcək.

Festival bütün dünyada iyulun 20-də qeyd edilən Şirniyyat Günü münasibəti ilə təşkil olunur.

Azərbaycanda bu festival 4 dəfə keçirilib.

Nazirlik əvvəlki festivalların paytaxt Bakıda keçirildiyini, bu dəfə ünvanın Şəki seçilməsinin məqsədəuyğunluğunu da açıqlayıb.

Əsas səbəb Şəki şirniyyatlarının özünəməxsusluğudur.

Festivalda Şəki kəndlərinin, ətraf 20 rayonun və 15 ölkənin iştirakı planlaşdırılıb.

Festivalda Azərbaycanın bölgələri də öz şirin xörəklərini (firni, xəşil, şirin plov, südlü sıyıq və s.), unlu qənnadı məmulatlarını (paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası), milli şəkərli şirniyyatlarını (noğul, qozhalvası, səməni halvası və s.) sərgiləyəcəklər.

Şirniyyat məhsulları öncədən hazırlanıb gətiriləcək.

Ayrılmış sərgi yerində iştirakçılar öz bölgələrinə məxsus milli paltarda olacaq, məişət əşyaları, xalça, həsir və s. üstündə məxsus olduqları bölgənin ovqatını yaradacaqlar.

XS
SM
MD
LG