Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:14

Donetskdə hərbi hissə komandiri əsir götürülüb


-

Donetskdə separatçılar Ukrayna Milli Qvardiyasının hərbi hissəsinə yenidən hücum edib, minaatanlardan atəşə tutublar.

Yeddi saatlıq döyüşdən sonra yaraqlılar hərbi hissəni tutub. Batalyon komandiri əsir götürülüb. Şəxsi heyət başqa hissəyə köçürülüb. Bu barədə «Ukrayna həqiqəti» xəbər verir. Bu, həmin hərbi hissəni tutmaq üçün dördüncü cəhddir.

Öncə Milli Qvardiyanın mətbuat katibi Victoria Kushnir Donetskdə hərbi hissəyə ilk hücum barədə məlumat verib.

Qondarma «Donetsk Xalq Respublikasının» təmsilçiləri də uğrunda döyüş gedən hərbi hissəni aldıqlarını təsdiqləyiblər.

Slavyansk yaxınlığında separatçılar tank və BTR-in köməyi ilə hücuma keçib. Uzun döyüşdən sonra Milli Qvardiyanın döyüşçüləri tankı vurub. Bir hərbçi həlak olub, ikisi yaralanıb. Separatçıların itki sayı dəqiqləşdirilir.

Kramatorsk-dan yaraqlılar İnterfaksa bildirib ki, şəhər aeroportu uğrunda döyüşlər gedir.

Ukrayna təhlükəsizlik və müdafiə şurası bildirib ki, yaraqlılar Kramatorskda atəşkəsi pozub. Onlarla yaralanan və ölən barədə məlumat gəlsə də, hələlik dəqiqləşməyib.

Donetskdə separatçılarla hakimiyyət arasında danışıqların ikinci raundu keçiriləcək. Tərəflər atəşkəs rejiminin uzadılması barədə razılığa gəlməyə çalışırlar.

Donbassda 8 separatçının öldürüldüyü barədə xəbərlər gəlir. Hərbçilərdən ölən olmayıb.

Prezident Petro Poroshenko bildirib ki, separatçılar sülh planına razılaşmasa, iyunun 27-də «çox mühüm qərar» veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG