Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:29

Məhkəmə xəstələrin ölümünə kömək edən həkimə bəraət verdi


Fransa məhkəməsi fransalı həkimə qarşı bütün ittihamları götürdü.

Həmin həkim Nicolas Bonnemaison xəstələrə ölməyə kömək etməkdə ittiham olunurdu və ömürlük həbs cəzası ala bilərdi.

Ölümcül xəstələr ondan xahiş ediblər ki, ölməyə yardım etsin, o da onlara iynə vurub.

Belə xəstələrin sayı 7-dir.

Eftanazia Fransada qadağandır.

Ancaq məhkəmədə həkimin lehinə ifadə verənlərdən bəziləri ölən xəstələrin qohumları olub. Onlardan biri deyib ki, ölmək istəyən xəstənin 5 xərçəngi var idi və əzab çəkirdi.

Fransada eftanazia ətrafında yenidən ictimai mübahisə başlanıb.

Fransa prezidenti Hollande xüsusi komissiya yaradıb. Həmin komissiya keçən ilin sonunda təklif etdi ki, Fransada ölümcül xəstənin ölümünə kömək leqallaşdırılsın.

XS
SM
MD
LG