Rauf Mirqədirovun vəkilləri jurnalistin yenidən evə buraxılması ilə bağlı mayın 25-də baş prokurora, müstəntiqə və Milli Təhlükəsizlik Nazirliyinə müraciət ediblər. Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Elmar Süleymanov məlumat verib.
«Bu gün müraciət etdik. İyulun 3-də Rauf Mirqədirovun atasının 40 mərasimidir, o istəyir ki, mərasimdə iştirak etsin. Görək indi nə cavab veriləcək».
Aprelin 19-dan Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist atasının ölümü ilə bağlı nəzarət altında olmaqla 3 günlük evə buraxılıb.
2010-cu ilin avqustundan Türkiyədə yaşayan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi 2014-cü il aprelin 19-dan Türkiyədə deportasiya edilib. Elə həmin gün Bakı hava limanında həbs olunub. O, «dövlətə xəyanət» də ittiham edilir. İttihamları qəbul etməyən jurnalist bu səbəbdən də istintaqa ifadə verməkdən imtina edir.