Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:58

Obama Əfqanıstana yeni komandirin adını açıqlayır


ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama

Pentaqon bildirir ki, ABŞ prezidenti Barack Obama general John Campbell-i Əfqanıstanda ABŞ və beynəlxalq qüvvələrin yeni komandiri vəzifəsində görmək istəyir. Campbell hazırda ordunun baş qərargah rəisinin müavinidir.

O, General Joseph Dunford-u əvəzləyəcək. Dunford bu ayın əvvəlində Dəniz Korpusuna komandan təyin olunub.

Campbell Əfqanıstanda ABŞ qüvvələrinə, eləcə də NATO Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə rəhbərlik edəcək. Bu ilin sonunadək Amerika Əfqanıstanda 10 minədək əsgər saxlayıb qalanları çıxaracaq.

Campbell 2010-2011-ci illərdə Əfqanıstanda xidmət keçib.

XS
SM
MD
LG