Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:27

İsraildə Azərbaycan yazıçısı ilə görüş - Video


İsrail - Çingiz Hüseynov
İsrail - Çingiz Hüseynov
-

Yerusəlimin mərkəzi rus kitabxanasında bu yaxınlarda 85 yaşı tamam olmuş Azərbaycan yazıçısı Çingiz Hüseynovun yaradıcılıq gecəsi keçirilib.

Tədbiri Lev Spivakın rəhbərlik etdiyi Azərbaycan-İsrail Assosiasiyası təşkil edib.

Gecəni Azərbaycan mədəniyyət mərkəzinin rəhbəri Yeganə Salman aparıb.

Yazıçı çıxışında bildirib ki, onun yaradıcılığı bilərəkdən, ya da özündən asılı olmadan böyük rus ədəbiyyatının tarixi ədəbi etiraz xəttinə xidmət edib:

“Mənim az qala bütün kitablarım hansısa hadisəyə, yaxud ənənəyə etiraz hissindən doğulub. Misalçün, “Fətəli Fəthi” romanım əvvəlcə rus dilində çap edilib. Əsər keçmiş SSRİ-nın Rusiyanın müstəmləkə siyasətiylə bağlı susqunluğuna etiraz olaraq yazılıb.

Müsəlman peyğəmbəri Məhəmməd haqqında yazdığım romanım isə bəzi erməni yazarlarının və siyasətçilərinin erməni-azərbaycanlı münaqişəsini “mütərəqqi xristianlıqla barbar müsəlmanlıq” arasındakı ziddiyyət kimi təqdim etməyə çalışmasından sonra yazılıb. Münaqişənin bu şəkildə hərbi-siyasi müstəvidən çıxarılıb dini müstəviyə köçürülməsi cəhdləri mənim üçün qətiyyən yolverilməz idi, İslama belə münasibət isə məni dərindən incitmişdi, çünki İslamın dünyaya verdiyi mədəni və mənəvi töhfələrin xristinalığınkından heç də az olmadığını düşünürəm" – deyə yazıçı bildirib.

Çingiz Hüseynov qeyd edib ki, son illər onun həyatı Bakı-Moskva-Yerusəlim üçbucağı arasında axıb gedir və bu üç şəhər, üç ölkə onun üçün eyni dərəcədə əzizdir.

“Əgər mən nə vaxtsa İsrail haqda kitab yazsam, o da etiraz hissindən – dünyanın yəhudi dövlətinə qarşı ədalətsiz münasibətinə, dünyaya belə çox şey vermiş xalq və ölkəyə qarşı nifrətə etirazdan doğulucaq” - deyə Çingiz Hüseynov vurğulayıb.

Görüşə təkcə azərbaycanlılar deyil, həm də başqa MDB ölkələrindən – Rusiyadan, Ukraynadan, Gürcüstandan, Qırğızıstandan qonaqlar qatılıblar.
XS
SM
MD
LG