Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 23:46

Müəllimlərin sınaq qiymətləndirməsinin nəticələri açıqlanıb


Arxiv foto

Bakının dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilmə nəticələri açıqlanıb.

Təhsil Nazirliyinin saytının yaydığı xəbərə görə, müəllimlər nəticələrlə bakuedu.az saytından istifadə etməklə tanış ola bilərlər.

Nəticələr haqda iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla məlumat almaq olar. Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş «Müraciət forması»nı doldurmaq xahiş olunur. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcək.

Sınaq qiymətləndirmə iyunun 10-13-də keçirilib.
XS
SM
MD
LG