Keçid linkləri

2026, 18 Yanvar, bazar, Bakı vaxtı 08:24

Prokuror bloqqer Ömər Məmmədovun 6 il həbsini istəyib


Ömər Məmmədov
Ömər Məmmədov

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı «facebook» fəalı Ömər Məmmədovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Xalid Bağırov məlumat verib:

«Bundan əvvəl Elsevər Mürsəlli, Əbdül Əbdülova eyni xarakterli ittihamlar irəli sürülmüşdü. Absurd ittihamlardır».

Məhkəmə iyunun 25-də davam edəcək.

Ömər Məmmədov yanvarın 24-də həbs olunub. O, qanunsuz narkotik maddə alverində ittiham olunur. Müdafiə tərəfi onun həbsinin bloqqer fəaliyyəti ilə bağlı olduğunu bildirir.
XS
SM
MD
LG