Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Müdafiə Nazirliyi gecəyarısı Bakıda BTR-lərin peyda olmasına aydınlıq gətirir


Bakıda hərbi texnika
Bakıda hərbi texnika
-
Sosial şəbəkələrdə Bakı küçələrində peyda olan zirehli texnikaların videosu yayılıb.

Həmin videonu iyunun 11-də euronews.az saytı Youtube portalına yerləşdirib.

Videogörüntüdə zirehli transportyorlardan ibarət karvan gecə saatlarında avtomobil yolu ilə hərəkət edir. Sosial şəbəkələrdə müzakirə olunan bu görüntülər bəzi vətəndaşlar arasında həyəcan yaradıb.

AzadlıqRadiosunun bununla bağlı sorğusunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətindən narahatlığa ehtiyac olmadığını bildiriblər:

«İyunun 11-də Silahlı Qüvvələrin zirehli transportyorlarından ibarət karvan Bakı küçələri ilə bir dislokasiya yerindən digərinə planlı surətdə yerdəyişmə edib. Nəqliyyatın hərəkətinə mane olmamaq məqsədilə yerdəyişmə axşam saatlarında həyata keçirilib».

Videonu burada izləyə bilərsən.
XS
SM
MD
LG