Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 12:46

Lavrov Kerry-yə deyir ki, Kiyev hərbi əməliyyatları dayandırmalıdır


John Kerry və Sergei Lavrov
-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Ukrayna hökuməti hərbi əməliyyatı dayandırmalı və ölkənin şərqində separatçılarla atəşkəsə razılaşmalıdır. Lavrov iyunun 11-də ABŞ Dövlət Katibi John Kerry ilə telefonla danışıb.

Ukraynanın yeni prezidenti isə bildirir ki, rusiyayönlü separatçılar silahları yerə qoymağa razılaşsalar, o, danışıqlara hazırdır. Petro Poroshenko-nun mətbuat xidmətinin yaydığı məlumata görə, o, Donetsk-in qubernatoruna deyib ki, «müxtəlif tərəflərlə dəyirmi masa danışıqlarını» istisna etmir.

Poroshenko ABŞ vitse-prezidenti Joe Biden-lə telefonla danışıb, deyib ki, Moskva Ukraynanın qanuni liderini tanımalı, rusiyayönlü separatçılara dəstəyini dayandırmalı, silahların sərhəddən keçirilməsinin qarşısını almalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG