Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:44

Erdoğan Türkiyə bayrağını endirənlərin cəzalanacaqlarını deyir


"Sabah qəzetinin fotosu. Diyabəkirdə Türkiyə bayrağı endirilərkən.
"Sabah qəzetinin fotosu. Diyabəkirdə Türkiyə bayrağı endirilərkən.
-
Diyarbəkirdəki hərbi hava bazasında kürd etirazçılar tərəfindən Türkiyə bayrağının endirilıməsinə etiraz olaraq ölkənin İstanbul, Sivas, Tokat və Ərzincan şəhərlərində yürüşlər keçirilib.

Baş nazir Recep Tayyip Erdoğan bəyan edib ki, Türkiyənin bayrağını endirmiş kürd etirazçılar bu hərəkətin “bahasını ödəyəcəklər”.

Bazar günü çəkilmiş fotolarda Diyarbakır əyalətində Türkiyə 2-ci Taktiki Hərbi Hava Bazasının həyətindəki dirəyə dırmanaraq ölkə bayrağını endirən və kürd olduqları söylənən iki maskalı etirazçı görünür.

Beş nəfər həbs edilib

Türkiyə mətbuatı xəbər verir ki, insidentlə bağlı artıq beş nəfər həbs edilib.

Onlar “Türkiyə bayrağına hörmətsizlikdə” ittiham olunurlar.

Türkiyə bayrağının endirilməsi insidenti bir gün əvvəl hökumət qüvvələri ilə qarşıdurmada aldıqları yaralardan ölmüş iki kürdün dəfn mərasiminin gedişində baş verib.

Sözü gedən qarşıdurma zamanı terrorçu PKK təşkilatına bağlı olduqları bildirilən kürd etirazçılar hökumət qüvvələrinə əldəqayırma qumbara və daş atırdılar.

Kürdlər Diyarbakır-Bingöl yolunu bağladıqdan sonra təhlükəsizlik qüvvələri etiraz aksiyasına müdaxilə edib.

Yeni hərbi postlar

Kürdlər onların yaşadıqları ərazidə hərbi postların qurulmasına bazar ertəsi də etiraz ediblər.

Şənbə günü hökumət qoşunları ilə qarşıdurmada güllə yarası almış iki kürd etirazçı bir gün sonra xəstəxanada vəfat ediblər.

Diyarbakırdakı son kürd etirazlarının bu ərazidə yeni hərbi postların açılması ilə bağlı olduğu xəbər verilib.

Baş nazirin hiddəti

Türkiyənin baş naziri Recep Tayyip Erdoğan deyib ki, fotolarda bayrağı endirənlərin gənc olmaları onu qətiyyən narahat etmir.

“Onlar və onları ora göndərənlər hərəkətlərinin bahasını ödəyəcəklər” – deyib baş nazir.
Cənab Erdoğan bildirib ki, insidentin araşdırlmasını Daxili İşlər nazirinə tapşırıb.

Türkiyədə dövlət bayrağına münasibət son dərəcə həssasdır və son iki gün ərzində bu mövzu media başlıqlarından düşmür.

Ocalan hadisəni şişirtməməyə çağırıb

PKK lideri Abdullah Ocalan hazırda saxlandığı həbsxanadan göndərdiyi mesajda baş vermiş hadisəni şişirtməməyə çağırıb.

Ərazidə yeni hərbi postların qurulması ilə bağlı kürdlərin etirazları artıq iki həftədir ki, davam edir.

Polislə toqquşmalarda iki kürd gəncin ölümünün ardınca etirazçılar ötən bazar yenidən küçələrə çıxıblar.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Diyarbakırdakı həyəcanlar Türkiyədə avqustun 24-də keçiriləcək ilk birbaşa prezident seçkilərinin ərəfəsinə təsadüf edir. Bu seçkilərdə hazırkı baş nazir Erdoğanın qalib gələcəyi ehtimal olunur.

BBC xəbər verir ki, ölkə əhalisinin 20 faizini təşkil edən kürdlər elektoratın mühüm hissəsi sayılır.
XS
SM
MD
LG