Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:50

İran ABŞ danışıqları bu gün davam edəcək


Arxiv foto
Arxiv foto
-

İranın nüvə məsələsi ilə bağlı ABŞ-İran danışıqlarının ikinci mərhələsi iyunun 10-da Cenevrədə davam edəcək. İran XİN-nin müavini Abbas Araqchi bildirib ki, danışıqların ilk günü «müsbət və konstruktiv» mühitdə keçib.

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf görüşün 5 saatdan artıq çəkdiyini deyib.

İki ölkə İran və 6 güc dövləti arasında keçiriləcək danışıqlara qədər fikir ayrılıqlarını aradan qaldırmağa çalışır.

Noyabrda imzalanmış aralıq sazişinə görə, İran, Qərbin sanksiyaları yumşaltması əvəzində nüvə fəaliyyətini məhdudlaşdırmağa razılaşıb.

Qərb İranı nüvə proqramından yararlanaraq gizlicə nüvə silahı hazırlamaqda ittiham edir, Tehran bunu yalanlayır. İran və güc dövlətləri iyulun 20-dək razılaşmanı başa çatdırmalıdır.
XS
SM
MD
LG