Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:48

Fahişəliyin qızğın müzakirəsinə səbəb olan video


Fahişəliklə məşğul olan qadın xaricilərin daha nəzakətli davrandığını deyir
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Fahişəliklə məşğul olan qadın xaricilərin daha nəzakətli davrandığını deyir

.
Farangis Najibullah və
AzadlıqRadiosunun Tacik Xidməti


KİMİSİ AYA 2 000, KİMİSİ İSƏ 200 DOLLAR QAZANIR

Tacikistanda fahişəlik haqqında danışmaq tabu olsa da, fahişəliyin özü qadağan deyil. Belə görünür ki, seks sahəsində işləyənlərin sayının artması üzündən dünyanın bu ən qədim peşəsi indi ölkədə açıq debatlara səbəb olub.

Dünyanın hər yerində olduğu kimi Tacikistanda da fahişlər bahalılara və ucuzlara bölünürlər.

Şərti adı Rano olan qadın deyir ki, telefonla çağırışa getməklə ayda 2 min dollaradək qazana bilir, lakin Sitora Düşənbə küçələrində ayda yalnız 200 dollara işləyir.

Necə olursa-olsun, orta aylıq əməkhaqqının 150 dollardan az olduğu bir ölkədə ən qədim peşə bir çox qadınlar üçün cazibəli görünə bilər.

ƏCNƏBİ KİŞİLƏRİN YERLİLƏRDƏN FƏRQİ

Tacikistanda fahişəlik mövzusunda danışmaq məqbul sayılmır və insanın peşəsi çox vaxt onun sosial damğasına çevrilir. Bununla belə, fahişəlik texniki baxımdan qadağan deyil və seks işçilərinin rəsmi sayının artması bu mövzunu açıq gündəmə gətirib.

Rano olan 33 yaşlı Düşənbə sakini AzadlıqRadiosunun Tacik xidmətinə müsahibədə etiraf edib ki, yaşamaq üçün bədənini satmağa məcburdur.

Bu yolla qazandığı pul ona iki uşağına şəxsi məktəbdə təhsil vermək, özünə bahalı pal-paltar və gözəllik vasitələri almaq imkanı verir. O hətta müştəri axınının kəsilməməsi və şəxsi təhklükəsizliyi üçün ayrıca olaraq ayda 300 dollar ödəyir.

O əcnəbilərə xidmət göstərməyə üstünlük verir. Çünki “onlar restorana aparır, yemək-içmək verir və bütün gecəni birlikdə olmaq istəyirlər”.

O gileylənir ki, tacik müştərilər evə gələn kimi onu yatağa dartırlar:

“Onlarla mən özümü fahişə kimi hiss edirəm. Üstəlik iş də təhlükəlidir. Mən tamamilə tanımadığım adamlarla işlədiyimdən bəzən onların cani və ya manyak çıxanları da olur”.

Bu risklərdən qurtarmaq üçün Rano polis zabitləri də daxil olmaqla “mühafizəçilərə” güvənir.

KÜÇƏDƏ DURANI HƏM DƏ DÖYÜRLƏR...

Şərti adı Sitora olan qadın isə AzadlıqRadiosuna bildirib ki, o bu cür dəbdəbələrə sahib deyil.

O gecələr saatlarla küçələrdə dolaşaraq təsadüfi müştəri axtarır və bu zaman ödənişin olub-olmayacağı da təmin edilməyib.

Onun üzü göyərib. Müştəri ona əvvəlcədən danışlıan pulu verməyib. O pulu tələb edəndə isə müştəri onu Düşənbənin dolanbac küçələrində birində əzişdirib.

O və başqa küçə fahişələrini onlardan pul qoparan hüquq-mühafizə orqanlarının əməkdaşları da incidirlər:

“Polis tez-tez bizi küçələrdə tutur. Pulum olanda cərimə və ya rüşvət ödəyib canımı qurtarıram. Amma pulum olmayanda bir neçə günü kamerada keçirməli oluram”.

FAHİŞƏXANALAR QANUNİ OLSUN, YOXSA, QADAĞAN EDİLSİN?

Tacikistanda fahişə işləmək texniki baxımdan qadağan deyil, lakin fahişəxana saxlamaq və ya araçılıq etməyə görə cinayət məcəlləsində 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Buna baxmayaraq, biznes gəlhagəldədir. Qadınlarla İş üzrə Dövlət Komitəsi 2013-cü ildə 1641 fahişəni qeydiyyata alıb. Bu 2012-ci ildə olduğundan 25 faiz artıqdır.

Bu rəqəmlər insan qaçaqmalçılığı qurbanlarının və fahişəliyə zorla məcbur edilən azyaşlıların aşkara çıxarılması üçün keçirilən reydlərin nəticələrinə əsaslanır.

Rəsmi rəqəmlərə görə 2013-cü ildə Tacikistanda 189 qanunsuz fahişəxana aşkar edilib. Elə həmin il komitə 18 yaşından aşağı 41 qadının küçə fahişəliyi etdiyini müəyyənləşdirib.
Komitə etiraf edir ki, seks işi ilə məşğul olanların sayı əslində daha yüksəkdir.

Məhz qadınların seks sənayesinin məngənəsinə düşməsinin qarşısını almaq üçün tədbirlər görmək barədə qərar qəbul olunub.

Xatlob əyalətinin Uşaq Haqları Departamentinin rəhbəri Mairambi Ghafurova bir çox hallarda fahişələrin öz uşaqlarını atmasını əsas gətirərək 2012-ci ildə parlamentə fahişəliyin qadağan olunması təklifi ilə müraciət edib.

Millət vəkili Saodat Amirshoeva deyir ki, bu cür təklifləri müzakirələr və iclaslarda tez-tez eşidir, lakin onun fikrincə, kriminallaşdırma çıxış yolu deyil, bu, fahişəliyə son qoymayacaq.
Fahişəliyə əri onu və körpə uşağını qoyub getdikdən sonra başlayan Sitora deyir ki, çıxış yolu fahişəliyin leqallaşdırılmasıdır:
“Biz də vergi ödəyər, sosial təminata, pensiyaya ümid bəsləyə bilərdik”.

QADAĞAN OLUNMAYAN İŞİN QADAĞALI MÜZAKİRƏSİ GEDİR

Rəsmilərin təklif etdikləri önləyici tədbirlərdən biri də azyaşlı fahişələrə orta təhsil və və başqa iş tapmalarına imkan yaradacaq peşə təhsili vermək üçün xüsusi məktəbin açılmasıdır.

Rano-nun seks işçisi kimi özü barədə etdiyi söhbətin AzadlıqRadiosu Tacik xidməti tərəfindən hazırlanmış videosuna oxucu reaksiyaları bir vaxtlar yasaq olunmuş bu məsələnin tədricən müzakirə mövzusuna çevrildiyini göstərir.

Həmin şərhlərdən bəzilərini təqdim edirik:

Hisor rayonundan Faiziddin:
"Allah eləməsin ki, fahişəlik Tacikistanda qanuni olsun, -gərək onda yer yarılsın, yerə girək”.

Düşənbədən anonim:
Hardasa xadimə işləsəniz, fahişəlikdən daha yaxşı olardı”.
Yovon rayonundan Jonibek: "Əziz qardaşlar, siz hər şeydə qadınları ittiham edirsiniz. Əgər əsl kişisinizsə, bu qədər alçalmayn. Hamımızın analarımız, bacılarımız və qızlarımız, dinimiz və onları qorumaq borcumuz var”.

Düşənbə sakini Shahrwand:
"Başqaları haqqında mühakimə yürüdüb onlara nifrət etmək asandır. Elə ailələrdə mövcud olan qaydaları götürək. Oğlan uşaqları ilə qızlardan daha yaxşı rəftar edirlər. Oğlanların qızlardan hüquqları da çoxdur. Oğul övladlar valideynlərin evlərinə, maşınlarına və pullarına varisdirlər. Qızlara isə bir gün ərə gedib evdən çıxacaq birisi kimi baxırlar. Bu ədalətli yanaşma deyil. Onların ərləri vəfat edəndə və ya boşananda qadınlar özlərini dolandıra bilmirlər”.

Bu mövzu Azərbaycanda da tez-tez müzakirə edilir. Siz nə düşünürsüz, Azərbaycanda fahişəlik qadağan olunmalı, yoxsa, qanuniləşdirilməlidir?

Fikirlərini aşağıdakı foruma yaz, polemikada siz də iştirak et.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG