Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:59

Sergey Lavrov Azərbaycana gəlir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov
-
İyunun 17-18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi A. Lukashevich məlumat verib.

Rusiya XİN-in saytının məlumatına görə, səfər proqramında ölkə rəhbərliyi və xarici işlər naziri ilə görüş var. Görüşlərdə ikitərəfli münasibətlərin geniş spektri müzakirə olunacaq.

Məlumatda deyilir ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın strateji tərəfdaşıdır. 2013-cü ildə ikitərəfli ticarət dövriyyəsinin həcmi 4% artaraq, 3,5 milyard ABŞ dollarından çox olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG