Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 11:51

Ukrayna sərhəd postlarını bağlayır


Ukrayna
-
Ukrayna rusiyayönlü yaraqlılarla ağır döyüşdən sonra iki sərhəd keçidini bağladığını bildirib. Şərqi Luqansk regionundakı postlar iyunun 5-də bağlanıb, sərhəd keşikçiləri də təhlükəsizlik durumunda «aşırı gərginlik» səbəbindən geri çəkilib.

Donetskdəki Marinovka postunda döyüşlər davam edib.

Ukrayna hökuməti yaraqlıların Rusiya ilə sərhədi keçdiyini deyir. Rusiya minlərlə qaçqının digər tərəfdən gəldiyini bildirir, ancaq Ukrayna bunu yalanlayıb.

Rusiya Ukraynanın sərhədi bağlamasını «qəbuledilməz» adlandırıb.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ
XS
SM
MD
LG