Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:41

Putin qadınlar haqda...


-
Rusiya prezidenti Vladimir Putin keçmiş ABŞ Dövlət Katibi və ola bilsin ki, 2016-cı ildə prezidentliyə namizəd Hillary Clintonu “zəif qadın” adlandırıb.

İyunun 4-də Fransa televiziyasına müsahibə verən Putin Clintonun onun haqqında mart ayında dediklərinə cavab olaraq belə deyib.

Clinton Putinin Krımı anneksiyasını vaxtilə Adolf Hitlerin alman azlığını qorumaq adı ilə Polşaya, Çexoslovakiyaya müdaxiləsi ilə müqayisə edib.

Clinton bunu martın 4-də Kaliforniyada bir tədbirdə deyib.

Putin indi Fransa televiziyasına deyir: «Qadınlarla mübahisə etməmək yaxşıdır».

«Ancaq xanım Clinton bəyanatlarında heç vaxt bu qədər kəskin olmayıb». O, əlavə edib ki, görüşlər zamanı həmişə «səmimi söhbət» aparıblar.

Putin hesab edir ki, Clintonun belə deməyi Clintonun güclü olmasından deyil, zəifliyindən irəli gəlir. “Ancaq ola bilsin, zəiflik qadın üçün ən pis keyfiyyət deyil».

Putin birinci dəfə deyil ki, qadınlara toxunan belə ifadələr işlədir.

ÖZ XANIMI HAQDA

1990-cıə illərin ortalarında Putin öz həyat yoldaşı Lyudmila haqda deyib: “Lyudmila ilə ikicə həftə yaşaya bilənə heykəl qoyulmalıdır”.

2013-cü ilin iyununda Vladimir Putin öz xanımı ilə boşandığını elan etdi, bu ilin aprelində isə Rusiya vətəndaşlarının suallarına cavab verəndə ondan soruşdular ki, ikinci dəfə evlənmək fikri varmı?

Putin cavab verdi ki, “Əvvəlcə mən gərək keçmiş xanımım Lyudmilanı ərə verim. Sonra özüm haqda fikirləşim”.

ŞOK AÇIQLAMA

2006-cı ildə İsrailin keçmiş prezidenti Moshe Katsav zorlamada və qadınlara seksual təcavüzdə ittiham olunanda Putin deyib ki, Katsav “necə güclü kişi olmalıdır. O, 10 qadını zorlayıb”. “Biz hamımız ona həsəd aparırıq”.

KABAEVA HAQDA

2008-ci ildə Putindən soruşublar ki, keçmiş gimnast Alina Kabaeva ilə hansı münasibətləri var?

Putin deyib: “Məncə heç kimin xətrinə dəyməz, əgər desəm ki, mən rus qadınlarını ən istedadlı və ən gözəl hesab edirəm”.

Ancaq Putin Kabaeva ilə hər hansı romantik münasibətləri olmasını qəti şəkildə inkar edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG