Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:07

İsrail mindən çox yeni yaşayış evi tikəcək


Arxiv foto

Məlumatlara görə, İsrail İordan çayının qərb sahilində mindən çox yeni yaşayış evləri tikməyi planlaşdırır. İsrail radiosu iyunun 5-də bildirib ki, artıq evlər üçün tenderlər elan edib.

İsrail rəsmiləri hələlik məsələyə şərh verməyib. Bundan öncə Hamas islamçılarının daxil olduğu Fələstin birlik hökuməti yaradılıb.

İyunun 2-də Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas hökumətdə and içib.

Birləşmiş Ştatlar administrasiya ilə işləməyi planlaşdırdığını deyib. İsrail bundan dərin məyusluq bildirib.
XS
SM
MD
LG