Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:23

Obama: Şərqi və Mərkəzi Avropa müttəfiqləri «heç vaxt tək qalmayacaqlar»


Obama
-

ABŞ prezidenti Barack Obama bir daha bəyan edib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra, Birləşmiş Ştatlar müttəfiqlərinin təhlükəsizliyi üçün öhdəliyinə qətiyyətlə sadiqdir. Söhbət Polşa və Şərqi və Mərkəzi Avropadakı digər NATO müttəfiqlərindən gedir.

İyunun 4-də Varşavada çıxış edən Obama deyib ki, «Polşa heç vaxt tək qalmayacaq. Estoniya heç vaxt tək qalmayacaq. Latviya heç vaxt tək qalmayacaq. Litva heç vaxt tək qalmayacaq. Rumıniya heç vaxt tək qalmayacaq».

Obama Polşanın 1989-cu ildə ilk demokratik seçkisinin ildönümünü qeyd etmək üçün Varşavaya gəlib. Çıxışında Obama 25 il öncə Polşadakı hadisələrlə Ukraynadakı durumu müqayisə edib:

«Biz Rusiyanın Krımı işğalını və Ukraynanın suverenliyini pozmasını qəbul etməyəcəyik», o, deyib.

Obama onu da bildirib ki, «Rusiyanın gələcək təxribatı ancaq özünün təcridinə səbəb olacaq». O, Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko ilə də görüşüb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG