Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:38

Bakıda piyada keçidinin uçmasına görə bir nəfər həbs edilib


-

Bakıda piyada keçidinin uçması faktı ilə bağlı bir nəfər həbs edilib. Vəkil Anar Qasımlı APA-ya bildirib ki, iş üzrə təqsirləndirilən «MAZ» markalı yükqaldırıcı kranın sürücüsü, Şabran şəhər sakini Tofiq Baba oğlu Balabəyovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vəkil məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini də sözlərinə əlavə edib.

İyunun 3-də axşam radələrində Bakı-Salyan yolu 32 ünvanında Şabran şəhər sakini Tofiq Baba oğlu Balabəyovun idarə etdiyi «MAZ» markalı yükqaldırıcı kran piyada keçidini dağıdıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.

Baş verən qəza zamanı əks istiqamətdə hərəkətdə olan yük avtomobilinin sürücüsü Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov ağır bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.
XS
SM
MD
LG