Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 17:06

«Humay» mükafatının teatr nominasiyasının qalibi…


Qurban İsmayılov
-
«Bakılı» Beynəlxalq Mədəniyyət Cəmiyyətinin və «Humay» Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə «Humay» mükafatının təqdimat mərasimi keçirilib.

Qurban İsmayılov
Qurban İsmayılov
Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, teatr nominasiyası üzrə mükafat Əməkdar Artist Qurban İsmayılova verilib.

İstedadlı aktyor bu mükafata Azərbaycan Teatr Xadimləri İttifaqı rəhbərliyinin təqdimatı ilə Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan İsveç dramaturqu Lars Nurenin «Mən gəldim, qızlar» («Müharibə») əsərində canlandırdığı Kor ata obrazına görə layiq görülüb.

1993-cü ildə təsis edilmiş «Humay» Milli Mükafatı il ərzində ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən şəxslərə təqdim olunur.

Humay Akademiyası üzvləri tərəfindən müəyyən olunan mükafat teatr, kino, musiqi, ədəbiyyat, televiziya, kitab, təsviri sənət, idman və digər nominasiyalar üzrə təqdim olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG