Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:21

Hindistanda yeniyetmə qızları zorlayaraq asıblar


Arxiv fotosu: Hindistanda qızların zorlanmasına görə ittiham edilənlərin asılmasını tələb edən aksiya iştirakçıları ilə polisin mübahisəsi.
-
Hindistanın şimalında Uttar Pardeş ştatının kəndlərindən birində iki yeniyetmə qızın zorlanaraq, ağacdan asıldığı aşkar edilib. Rəsmilər mayın 29-da 3 nəfər şübhəlinin saxlandığını bildirirlər. Onlardan 2-i polis əməkdaşıdır.

"Amerikanın səsi"nin məlumatına görə müstəntiqlər 14 və 15 yaşlarında olan qızların qohum olduqlarını və evlərinin yaxınlığında oğurlandıqlarını bildirirlər. Cəsədləri çərşənbə günü tapan kənd sakinləri isə qızların asılmazdan əvvəl cinsi zorakılığa məruz qaldıqlarını deyirlər.

Hindistanda qadınlara qarşı zorakılıqlara diqqət 2012-ci ildən, 23 yaşlı qızın Delhi şəhərində avtobusda cinsi zorakılığa məruz qalaraq, öldürülməsindən sonra daha çox artıb.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG