Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:17

Qırğız qızıl şirkəti rəhbərinin məhkəmə dinləməsi keçiriləcək


Dilger Japarov


Mayın 30-da Bişkek məhkəməsi dövlət qızıl şirkəti rəhbərinin maliyyə fırıldağına görə məhkəmədən öncə həbsdə qalıb-qalmamasına dair qərar verəcək.

«Kyrgyzaltyn» şirkətinin rəhbəri Dilger Japarov şirkətin 200 milyon dollarlıq vəsaitini Kanadanın Centerra Gold şirkətinin bank hesablarına köçürməkdə ittiham olunur.

Centerra Qırğızıstanda Kumtor adlı ən böyük qızıl mədənində işləyir.

Japarov ittihamlara cavab olaraq deyir ki, köçürülən pul Centerranın Kumtordakı mənfəətidir.

Hakimiyyət isə belə köçürməyə hökumətdən icazə alınmalı olduğunu bildirir.
«Kyrgyzaltın» şirkətində payların 33 faizi Qırğızıstan hökumətinə məxsusdur.
XS
SM
MD
LG