Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 17:36

İlham Əliyev Poroshenko-nu təbrik edib


İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko-ya təbrik məktubu göndərib.

İlham Əliyev Poroshenko-nu prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edir.

«Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan ilə Ukrayna arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram,» məktubda belə deyilir.

Multimedia

XS
SM
MD
LG