Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Vasif Talıbov İran səfirini qəbul edib


Vasif Talibov

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib. Bu haqda Ali Məclisin Mətbuat Xidməti məlumat yayıb.

Vasif Talıbov Azərbaycanla İran arasındakı iqtisadi və siyasi əlaqələrdə Naxçıvan Muxtar Respublikasının mühüm rol oynadığını bildirib. O, ikitərəfli münasibətlərin inkişafında bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyinə inandığını vurğulayıb.

Görüşdə əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG