Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:10

Azərbaycan futbol yığması ABŞ komandasına 2-0 uduzub



Azərbaycan futbol yığması ABŞ komandasına 2-0 uduzub.

Hazırda ABŞ-da olan və oyunu canlı izləyən jurnalist Natiq Ədilov bu barədə öz Facebook profilində yazıb.

Azərbaycan və ABŞ yığmaları mayın 28-i Bakı vaxtı ilə səhər saat 7-də meydana çıxıb. Oyun Amerikanın Kaliforniya ştatının San Fransisko şəhərindəki Kendlstik Park stadionunda keçirilib. Stadion 70 minə yaxın tamaşaçı tutur.

Hazırda FİFA-nın reytinq cədvəlində 13-cü pillədə olan ABŞ milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.

Dünya Çempionatına yollanmamışdan öncə son 3 yoldaşlıq oyununda ABŞ Azərbaycanla yanaşı, Nyu Cersidə Türkiyə millisi, daha sonra isə Floridada Nigeriya yığması ilə qarşılaşacaq.

FİFA-nın reytinq cədvəlində Azərbaycan milli komandası 93-cü yerdə qərarlaşıb

Günün bütün mövzuları

XS
SM
MD
LG