Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:19

Müsavat qurultayı iyunun 28-nə təyin edib


Arif Hacılı
Arif Hacılı
-
Mayın 26-da Müsavat Partiyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib.

Partiyanın icra aparatı rəhbəri Arif Hacılı AzadlıqRadiosuna bildirib ki, toplantıda iyunun 28-nə qurultay təyin edilib.

«Biz qurultayı mayın 24-də keçirməyi nəzərdə tuturduq. Lakin Bakı şəhər İcra Hakimiyyəti bizə yer verilməsi ilə bağlı müraciətə gec cavab verdi deyə, qurultayı təxirə salmışdıq. Həm də onların təklif etdiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evi bizim üçün məqbul deyildi. Biz ən az min nəfərlik yer istəmişdik, həmin mədəniyyət evi 400 nəfərlik idi. Ona görə, biz qurultayı iyun ayına təyin etdik. Bakı şəhər İcra Hakimiyyətinə yer üçün təkrar müraciət edəcəyik» - Arif Hacılı bildirib.
XS
SM
MD
LG