Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

Erkin Qədirli: «Təhlükəli qonşuluqda... «demokratik prosedurlar» bəhanəyə çevrilməməlidir»


Erkin Qədirli
Erkin Qədirli
-

Ukraynadakı seçkilərə münasibət bildirən Erkin Qədirli öz facebook statusunda yazır: «Ukrayna hökumətləri, bilə-bilə ki, «Ukrayna ruhunu» yaşadan qərbi ukraynalılardır, dövlət quruculuğunda onlardan yararlana bilmədilər. Rusiya, rusdillilər, Sovet keçmişi və s. kimi şeylərdən qurtulmağa ciddi cəhd göstərilmədi.

Zamanında bütün açar vəzifələrə qərbi ukraynalılar qoyulsaydı, Ukraynada milli kimlik möhkəmlənərdi. Krımda, şərqi və cənub-şərqi Ukraynada baş verənlər, Rusiya agentlərinin Ukraynada aparıcı vəzifələrdə olmalarının nəticəsidir. Milli kimliyin və birliyin tez zamanda formalaşması üçün hökumətin milli təəssübkeşliyi - vacib şərtlərdən biridir».

SİNQAPURUN QURUCUSU LEE KUAN YEW NÜMUNƏSİ

Ukraynada prezident seçkiləri
Ukraynada prezident seçkiləri
REAL üzvünün fikrincə, «İslahatçı siyasətçilər, xüsusilə təhlükəli qonşuluqda, dövləti yenidən qurmalı olurlarsa, «demokratik prosedurlar» bəhanəsiylə işə mane olan və ya işi yubadan yüklərdən tez və qətiyyətlə qurtulmağı bacarmalıdırlar. Bunun üçün, hər şeylə yanaşı, güclü zaman duyumu və aydın gələcək görüşü gərəkir». Buna misal kimi, Erkin Qədirli çağdaş Sinqapurun qurucusu Lee Kuan Yew-i göstərir:

«Sinqapurun qurucusu Lee Kuan Yew, özü etnik Çinli olsa da, çin dilində təhsil almış adamların Sinqapurda dövlət xidmətinə qəbulunu qadağan etmişdi. O inanırdı ki, çin dilində təhsil almış adamlar Çində çıxan kommunist ədəbiyyatının təsiri altına düşə bilərlər. Heç bir empirik məlumatı, elmi sübutu filanı yox idi. Lee, sadəcə, buna inanırdı və bunun müzakirəsinə vaxt itirmək istəmirdi. Buna görə onu hətta manyak hesab edənlərə isə baş qoşmurdu. İnandığını etdi, nəticəsi də göz qarşısında – Sinqapur».

Ukraynadakı seçkilərin Azərbaycan üçün önəmini vurğulayan Erkin Qədirli Ukrayna hökumətlərinin illərdir təkrarladığı səhvlərindən Rusiyanın yararlandığını yazır və bu nəticəyə gəlir ki, seçkilər Ukraynada milli kimlik və birlik sınağıdır həm də. Seçkilərin nəticəsisə, ən yaxşı halda 5 ildən sonra bilinəcək».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG