Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:58

Petro Poroshenko kimdir?


 Petro Poroshenko
Petro Poroshenko
-
Sərvəti 1, 3 milyard dollar civarında təxmin edilən Petro Poroshenko Ukraynanın ən zəngin adamlarından biridir və onu populyar Roshen şokolad brendinə görə daha yaxşı tanıyırlar. Lakin son 15 ildə Ukraynanın müxtəlif administrasiyalarında nazir postları tutmuş 48 yaşlı gələcək prezident həm də ağıllı və səriştəli siyasətçidir.

2000-ci ildə Poroshenko indi vəzifəsindən devrilmiş Viktor Yanukovych-i hakimiyyətə gətirmiş Regionlar Partiyasının təsisçilərindən idi. Lakin bundan bir il sonra o, prezident Leonid Kuchma-nın düşərgəsini tərk edərək Viktor Yushchenko-nun Bizim Ukrayna Partiyasının aparıcı tərəfdarı və maliyyə dəstəkçisinə çevrilib.

O, 2004-2005-ci illərdə Narıncı İnqilabı dəstəkləyib və Yushchenko-nun hökumətində vəzifədə olub. 2009-10-cu illərdə Poroshenko Ukraynanın xarici işlər naziri idi.
Petro Poroshenko səsvermə məntəqəsində
Petro Poroshenko səsvermə məntəqəsində
Prezident Yanukovych 2012-ci ildə Poroshenko-nu ticarət və iqtisadi inkişaf naziri təyin etmişdi, lakin o bu postda səkkiz ay qaldıqdan sonra Vinnitsa şəhərindən seçilmiş müstəqil deputat kimi parlament fəaliyyətinə qayıdıb. Onun Avromaydan hərəkatına maliyyə dəstəyi göstərdiyinə geniş inam olsa da, Poroshenko heç vaxt nümayişlərdə aparıcı rol oynamayıb.

Poroshenko fəaliyyətinin apogeyinə yəqin ki, 12 martda baş vermiş siyasi böhran zamanı çatıb.

POROSHENKO-NU UKRAYNALILARIN GÖZÜNDƏ UCALDAN GECƏ

Həmin gecə o, Krımın paytaxtı Simferopola donkixotsayağı səfər edərək yarımadanın Rusiyaya birləşməsinə dair referendumun keçirilməsinin qarşısını almağa cəhd göstərib.

Geniş baxılmış həvəskar videolinkində mərd-mərdanə Poroshenko-nu yüzlərlə rusiyapərəst nümayişçinin şüarları altında Simferopolun qaranlıq küçələrini gəzən görürük.

Kiyev-Mohula Akademiyasının professoru Andreas Umland deyir ki, Simferopoldakı həmin gecə Poroshenko-nu bir çox ukraynalının gözlərində ucaldıb: “Biz onun rusiyapərəst silahlılar və ya rus əsgərləri tərəfindən təqib olunduğunu görürük və bu onu yalnız bir oliqarx deyil, həm də etibarlı və ciddi siyasətçi kimi nümayiş etdirib”.

Poroshenko Ukraynanın Avropaya inteqrasiyası məsələsində də ardıcıl olub və Rusiyanın ticarət müharibəsinin gedişində onun Roshen şokoladlarını hədəfləməsi oliqarxa olan hüsn-rəğbəti daha da artırıb. Xarici işlər naziri olarkən Ukraynanın NATO-ya üzvlüyünü təbliğ edən Poroshenko bu məsələni prezident seçkisi kampaniyası zamanı qaldırmayıb.
XS
SM
MD
LG