Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:12

Mətanət Əzizovanın Azərbaycandan getməsinin səbəbi...


Mətanət Əzizovanın ölkədən getməsinin səbəbləri aydınlaşdı
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Mətanət Əzizovanın ölkədən getməsinin səbəbləri aydınlaşdı

-

“Mətanət Əzizova cinayət törətməyib, ölkəni tərk etməməsi haqda məhkəmə qərarı yoxdur. Ölkəni tərk etməklə də hər-hansı cinayətə yol verməyib”.

Bunu mayın 23-də keçirdyi mətbuat konfransında Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus deyib.

Leyla Yunus Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın ölkədən çıxmasının qanuni olduğunu bildirib. O, M.Əzizovanın Azərbaycanda olarkən istintaq tərəfindən 10 saata yaxın dindirildiyini, hansısa sənədlərə qol çəkməsi üçün təzyiqlərə məruz qoyulduğunu açıqlayıb: “M.Əzizova ölkədən qaçmayıb, istintqadan gizlənməyib, ortada hər-hansı cinayət yoxdur, odur ki, bu istintaq özü əsassızdır”.

Mətanət Əzizovanın anası, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, Mətanətin həyat yoldaşı və oğlu mayın 22-də Gürcüstanın Borjomi sanotoriyasında istirahətə gedirmişlər: “Sərhəd keçid məntəqəsində onlara deyilib ki, prokurorluq onların ölkədən çıxmasına qadağa qoyub. Onlar da geri qayıtmalı olublar”.

Mətanət Əzizova “Ayna”-“Zerkalo” qəzetlərinin həbsdə olan şərhçisi Rauf Mirqədirovun işi ilə bağlı mayın 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib. Ancaq dediyinə görə ona daha çox Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun fəaliyyəti haqqında suallar veriblər. Qadın Krizis Mərkəzi bu institutla eyni ofisdə yerləşir. Mayın 6-da Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılıb.

Mirvari Qəhrəmanlı hazırda qızının xarici ölkələrdən birində treninqdə olduğunu bildirir.
XS
SM
MD
LG