Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:57

Hüquq müdafiəçisinin şikayəti təmin olunmadı


Emil Məmmədov
Emil Məmmədov
-

Mayın 22-də Şirvan Apellyasiya məhkəməsi hüquq müdafiəçisi Emil Məmmədovun şikayətinə baxıb. Hüquq müdafiəçisi Salyan Rayon Məhkəməsinin onun haqqında çıxardığı 3 aylıq həbs qərarının ləğv olunmasını istəyib. Apellyasiya məhkəməsi onun şikayətini təmin etməyib, ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

«Demokratiya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov mayın 13-də saxlanılıb və bir gün sonra barəsində 3 aylıq həbs qərarı çıxarılıb.

Hüquq müdafiəçisi rayonun bir neçə vəzifəli şəxsindən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Emil Məmmədova qarşı iddia ilə çıxış edənlərdən biri elə Salyan rayon maliyyə şöbəsinin müdiri Mahir Kərimov, digəri telekommunikasiya şöbəsinin müdiri Faiq Nəcəfovdur.

Hüquq müdafiəçisi ittihamları qəbul etmir. Salyandakı korrupsiya halları barədə prezidentə və baş prokurorluğa etdiyi müraciətə görə həbs olunduğunu bildirir.
XS
SM
MD
LG