Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:26

"Erdoğanın şapalağı" - Mətbuat icmalı


Erdoganın müşaviri Yusuf Yerkel (solda) Somada etirazçını təpikləyir 14 May , 2014
Erdoganın müşaviri Yusuf Yerkel (solda) Somada etirazçını təpikləyir 14 May , 2014
ABŞ-da son vaxtlar Ukrayna üçün Finlyandiya modelindən çox danışılır. Türkiyədə şapalaq mədəniyyəti. “Britaniya Schindleri” Çexiyanın ən yüksək mükafatını aldı- Mətbuat icmalı

FİNLYANDİYA MODELİ

Ukrayna üçün Finlyandiya modeli. Bunu Washington Post qəzeti təklif edir. Qəzet yazır ki, ola bilsin, Putinin fikrincə, Ukraynada vəziyyəti gərginləşdirməkdənsə və ya təcavüzdənsə, bazar günü Ukraynadakı seçkinin nəticəsini gözləmək Rusiya üçün daha yaxşıdır. Ola bilsin ki, Rusiya lideri Qərblə Şərq arasında neytral ölkəyə razı olsun. Bu neytral ölkədə Rusiyanın tarixi maraqları etiraf olunsun.

Soyuq müharibə dövründə belə təcrübə olub. Bu, Finlyandiya idi. Bu prosesə isə “Finlyandiyalaşdırma” deyilirdi.

Dövlət Departamentinin bu yaxınlarda apardığı araşdırmada deyilir ki, Filyandiyanın ərazi və iqtisadi suverenliyi var idi, ancaq xarici siyasətdə neytral idi. Filyandiya Qərblə Sovet bloku arasında körpü idi. İndi Ukrayna belə neytral ölkə ola bilər.

ŞAPALAQ

Guardian qəzeti “Bütün türklərin sifətində Erdogan şapalağı” məqaləsində yazır ki, 300 şaxtaçının həlak olduğu Somada Erdoğan etirazçının ardınca supermarketə girib və ona sillə vurub. Qəzet yazır ki, eyni gündə Erdoğanın videosu yayılıb. Orda Erdogan deyir ki, “əgər siz baş naziri fitə bassanız, şapalaq yeyəcəksiniz”.

Somada Erdoganın vurduğu şəxs Taner Kuruca deyir ki, o, etirazçı deyildi, bazarlığa gedirdi. O deyir: “Erdoğanın cangüdənləri itələməyə başlayanda, Erdogan özündən asılı olmayaraq mənə sillə vurdu, çünki kütlədən narazı idi”.

Qəzetdəki məqalənin müəllifi türk yazıçısı Elif Shafakdir. O yazır ki, bu hadisə başqa ölkədə olsaydı, orda hökumət dəyişmişdi. Türkiyədə isə uşaqlıqdan hamı sillə-şapalaqla tərbiyə olunur. “Şapalaq bizim mədəniyyətin bir hissəsidir.”
“Türkiyədə bütün hakimiyyət dövlətin əlindədir. Vətəndaşların əlində hakimiyyət yoxdur. Əlində səlahiyyət çox olan səlahiyyəti az olana şapalaq vurur – ailədə, məktəbdə, orduda, küçədə, supermarketdə.”


BRİTANİYA SCHİNDLERİ

“Britaniya Schindleri” Çexiyanın ən yüksək mükafatına layiq görülüb.
Daily Telegraph qəzeti yazır ki, müharibə vaxtı Nicholas Winton 669 yəhudi uşağını o vaxtki Çexoslovakiyadan Britaniyaya yola salıb və onları ölümdən xilas edib. Ancaq 50 il bu barədə heç kimə heç nə deməyib.

Bu bazar ertəsi 105 yaşı tamam olan Wintonu Çexiya prezidenti ölkənin ən yüksək mükafatı ilə təltif edib.

Birjada broker olan Winton 1939-cu ildə İsveçrədə dağ kurortunda istirahət edirdi. O, istirahətini yarımçıq qoyaraq Praqaya gəlib ki, burdakı yəhudiləri nasistlərdən xilas etsin.

Winton Britaniyanın uşaqlar üçün olan qanunundan istifadə etmək istəyirdi. Həmin qanuna görə, 17 yaşa çatmamış uşaqlar geri qayıtmaq biletinə 50 funt sterlinq girov qoymaqla Britaniyaya gedə bilərdilər və orda istədikləri qədər qala bilərdilər. Winton təcili olaraq Çexoslovakiyadakı yəhudi uşaqlarını yığıb Britaniyaya göndərməyə başladı.

Müharibədən sonra Winton bu barədə heç vaxt danışmırdı.

1988-ci ildə onun həyat yoldaşı evdə yır-yığış edəndə köhnə sənədlərə rast gəlib. Həmin kağızlarda adlar və ünvanlar var idi. Yalnız bundan sonra Winton etiraf edib ki, bunlar onun xilas etdiyi uşaqlardır. İndi də Winton deyir ki, özünə bu qədər diqqət görəndə özünü narahat hiss edir. O deyir ki, o adi vətəndaşdır.

Nicholas Wintonun xilas etdiyi 669 uşağa onun adı ilə “Nik ailəsi” deyilir. Həmin uşaqlar evlənib, onların öz uşaqları və nəvələri var. İndi bu ailədə 5000-dən çox adam var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG